Haqqımızda

Palmtea – təbiətin saf enerjisindən ilhamlanaraq yaradılmış ətirli, orqanik və anti-stress təsirli çay brendidir. Biz inanırıq ki, həyatın sürətli ritmində insanın özünə kiçik də olsa təbii bir fasilə verməsi vacibdir. Palmtea olaraq məqsədimiz, hər fincan çayın insana rahatlıq, balans və xoş əhval-ruhiyyə bəxş etməsidir.
Brendimizin əsas dəyərləri — təbilik, keyfiyyət və sağlamlıqdır. Bütün məhsullarımız 100% təbii mənşəlidir, pestisid və kimyəvi qatqılardan uzaq şəraitdə yetişdirilmiş bitkilərdən hazırlanır. Çaylarımızda istifadə olunan meyvələr, güllər və otlar diqqətlə seçilir və təbiətin verdiyi ən saf dadları qorumaq üçün ənənəvi üsullarla emal olunur.
Palmtea kolleksiyasında müxtəlif ehtiyaclara cavab verən çay növləri yer alır:
Rahatlaşdırıcı və anti-stress çaylar – gündəlik gərginlikdən uzaqlaşmaq üçün
Ətirli və enerjiverici qarışıqlar – günə pozitiv başlamaq üçün
İmmunitet gücləndirən fitokompozisiyalar – sağlam həyat tərzi üçün
